“Kişilər uşaq kimidir”

13:21 / 28.06.2020
1519

“Əgər bir insan məşhurdursa, müğənnidirsə, cəmiyyətdə söz sahibidirsə, bir-iki nəfər sevəni varsa, o tək ailəyə məxsus deyil. Ailəyə ata olaraq, övlad olaraq məxsusdur, amma sevgi olaraq məxsus deyil”...

Bu sözləri rejissor-aktyor Kənan M.M. “Söhbət var” verilişində deyib. O, xəyanət mövzusuna fərqli münasibət bildirib:

“Qısqanclıq isə sevgi əlamətidir deyirlər. Bəsit cümlələr istifadə etmək istəmirəm. Bəzi fakturalar var ki, dəyişə bilməz. Məsələn, bir stəkan 250 qram tutursa, sən ona 251 qram sığdıra bilməzsən. Kişilər uşaq kimidir. Kişiyə anası və ya qadın nəyisə qadağan eləsə, kişinin ona meyili artacaq. Uşağa deyirsən ki, bura əlini vurma. Onun heç ora əlini vurmaq fikri də yoxdur, amma gedir ora toxunur. Mən məsləhət görərdim ki, kişilərimizin üstünə çox getməsinlər”.

0
Axsam.Az