Şou əhlinin brend qarderobu - Ən bahalı geyinən kimdir?

23:15 / 30.06.2020
2465

Şou-biznes nümayəndələri hər zaman geyimləri ilə diqqət çəkiblər. Onlar efirə çıxan, məclisə gedən zaman ilk əyinlərindəki paltar nəzərə çarpır. Məşhur insanlar isə hər dəfə yeni bir paltar geyinməyə çalışırlar. Xarici şou-biznes ulduzlarının paltarlarının qiyməti hər zaman müzakirələrə səbəb olub. Onlar bir libasa 5, 10, 15 hətta 50, 100 min dollar belə ödəməkdən çəkinmirlər.

Axşam.az xəbər verir ki, yerli şou-biznesdə isə geyiminə çox pul xırcləyən müğənnilər barmaqla sayılacaq qədər azdır. Çoxları onlayn butiklərdən reklam qarşılığı geyim götürür, bəziləri isə atelyeləri tanıtmaq üçün onların libaslarına müraciət edir.

Bəs, Azərbaycan şou-biznesində dünyanın məşhur brendlərinə pul xərcləyənlər kimlərdir?

Xalq artisti Röya Ayxan bu siyahıda ilk sıradadır. Müğənni "Valentino", "Dior", "Antonio Berardi" kimi geyimlərə, "Giuseppe Zanotti"nin ayaqqabılarına müraciət edir. Sənətçi dəfələrlə taxdığı bahalı aksessuarla da gündəmə gəlib. O, hətta bir dəfə "Audemars Piguet" markasının 56 900 dollarlıq saatı ilə diqqət çəkmişdi.

Qarderobuna brend geyimlər daxil edən digər müğənni Günel Zeynalovadır. Günel hər dəfə paltarlarınn markasını qeyd edir. Sənətçi "Gucci", "Dior", "Louis Vuitton", "Michael Kors" kimi brendlərdən istifadə edir. İfaçı daha çox çanta və kəmərlərinin brend olmasına üstünlük verir.

Müğənni Gülay Zeynallı hər dəfə olmasa da bəzən brend geyimlərə və aksessuarlara üstünlük verir. Sənətçinin qarderobunda "Saint Laurent", "Luisa Spagnoli", "Armani", "Christian Louboutin", "Valentino" kimi brendlərin geyimləri yer alır.

Xalq artisti Tünzalə Ağayeva geyimləri bahalı olmasa da, ayaqqabıları hər zaman məşhur brendlərdən olub. Müğənni "Jimmy Choo", "Saint Laurent", "Gianvito Rossi" kimi brnedlərin ayaqqabılarından istifadə edir.

Siyahını uzatmaq istəsək də, əksər ifaçıların qarderobunda yerli modelyerlərin geyimlərinə rast gəldik. Bir çoxları isə onlayn səhifələrdə satılan brendlərin saxta paltarlarından istifadə edir.

0
Axsam.az