Məşhur müğənni koronavirusa görə dövlətdən 1000 manat aldı (VİDEO)

MAQAZİN
14:12 / 27.04.2020
2445

"Hamı bilir ki, biz müğənnilər vergi ödəyicisiyik. Fərdi sahibkar kimi Vergilər Nazirliyindən rəsmi qeydiyyatdan keçmişik. Koronavirus səbəbindən dövlət sahibkarlara yardım etdi. O yardımdan mənə də pay düşdü”.

Bunu ARB TV-də yayımlanan "Hüseynova bacıları” proqramında şou-biznesdə "Faytonçu” təxəllüsü ilə tanınan müğənni Nazim Pişiyari deyib.

O, dövlətdən 1000 manat yardım aldığını diqqətə çatdırıb:

"Mən dövlətdən 1000 manata qədər kömək aldım. Mənim kimi digər həmkarlarım da vergi ödəyicisidirsə, dəstək alıblar”. 

1