AzTV Nura Suriyə qadağa qoydu - Statusa görə

MAQAZİN
22:13 / 02.07.2020
2235

Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti müğənni Nuri Suriyə qadağa qoyub.

"BakuPost"un məlumatına görə, bu barədə ifaçı özü sosial şəbəkədəki hesabında bildirib.

"Bir dostum zəng etdi ki, AzTV, Mədəniyyət kanalı səni "zapret"ə qoyub, bir çox tədbirlərə də dəvət olunmayacaqsan. Niyə? Hüsniyə Məhərrəmovanı da yazdığı statusuna görə işdən çıxarıblar. Demokratiya sözünün mənasını bilirsiniz? Demokratik ölkədə yaşayırıq biz. Prezident çıxışında dedi ki, mənə düzgün məruzə etmirlər və bir çox problemlərdən sosial şəbəkələrdən xəbər tuturam".

N.Suri müntəzəm olaraq sosial problemlərlə bağlı öz səhifəsində paylaşımlar edir.

Kanalın sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən isə ifaçının ittihamları ilə bağlı sorğuya heç bir cavab verilməyib.

Qeyd edək ki,tanınmış aparıcı Hüsniyə Məhərrəmova ötən il AzTV-də Beynəlxalq Əlaqələr və Protokol Departamentinə rəhbər təyin edilmişdi. Lakin bu ilin əvvəllində o AzTV ilə yollarını ayırmışdı.

0