Xalq artisti Emin Ağalarov “Jara – 2020” musiqi festivalını onlayn formatda keçirməkdən imtina edib.
Sənətçi Rusiya KİV-nə açıqlamasında bu qərar qəbuletmə səbəbindən danışıb.
Emin qeyd edib ki, müğənnilər üçün canlı auditoriya və emosiyalar vacibdir: “Koronavirusla bağlı yaranan çətinliklər səbəbindən “Jara” festivalını planlaşdırdığımız kimi keçirmək mümkün deyil. Şou proqramı eyni sənətkarların iştirakı ilə gələn il keçiriləcək.
Karantin müddətində onlayn konsertlərə baxdım. Bu, əlbəttə ki, maraqlı təcrübə və formatdır. Amma sənətçi üçün canlı tamaşaçı və duyğular vacibdir. Bu atmosferi başqa bir şeylə əvəz etmək olmaz”.
“Qafqazinfo”