Əməkdar artist Elza Seyidcahan ARB-də yayımlanan "Elgizlə izlə" verilişində canlı yayımı tərk edib.
Buna səbəb verilişin aparıcısı Pərvanə Tahirqızının Elza Seyidcahanın imicinə münasibət bildirməsi olub.
Elgiz Əkbər reklam arası Elza Seyidcahan ilə aparıcı Pərvanə Tahirqızı arasında yaşanan qalmaqalın səbəbini açıqlayıb: "Mən dedim ki, bu imici ilk dəfə Elza Seyidcahan edib. Bu sözümdən sonra Pərvanə Tahirqızı dedi ki, niyə Elza Seyidcahandan icazə alınmalıdır?.Axı, sənətə gələndə o, başqa imicdə idi. O da pis mənada demədi".
Pərvanə Tahirqızı isə "Elza xanımın verilişə Mədinə xanımın gəlməsindən aqressiv oldu. Mən onu tənqid etmədim, sadəcə fikrimi bildirdim" deyib.
Mədinə Məlikin Elza Seyidcahanın imicinə oxşar fotosessiya etməsi əməkdar artistin aqressivləşməsinə səbəb olub.
Qeyd edək ki, verilişdə Elza Seyidcahanın bacısı Rasimə də iştirak edib.