Pul yoxdur, insanlar işsizlikdən boşanır - MÜĞƏNNİ

MAQAZİN
14:44 / 25.07.2020
1816

2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 15 334 nikaha daxilolma və 5 788 boşanma halları qeydə alınıb. Bu da onu göstərir ki, Azərbaycanda hər 3 evlənəndən biri boşanıb.

HİT.Az xəbər verir ki, Yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı son aylarda boşanmaların artmasının səbəbinin işsizlik olduğunu deyib:

“Mən düşünürəm ki, boşanma problemlərinin səbəbi işsizlikdir. Hər problemin kökündə işsizlik, pulun olmamağı dayanır. Pul olmayanda insanlar aqressiv olurlar, problemlər də artır. Problemlər artdıqca da insanda əhval-ruhiyyə olmur. Bu da istər-istəməz ailəyə təsirini göstərir. Tək ailəyə yox, hər bir şeyə. Son aylarda da işsizlik artıb, karantindir ona görə problemlər də artıb. Çox adam öz işçilərini evə buraxıb, özəllərdə də maaşlar yoxdur, obyektlər, şadlıq evləri bağlıdır. Şəxsən mən özümdən və ətrafımdan danışıram, biz aylıq maaş almırdıq. Öz işçilərimə, musiqiçilərimə də aylıq maaş vermirdim, iş olandan olana gedirdik, gündəlik verirdim. İndi də hər yer bağlıdır, insanlar da aqressivdir, axırı da belə olur”.

Xanım sənətçi boşanmaların sayının artmasında hər dəfə müğənnilərin ittiham edilməsinin əleyhinə olduğunu bildirib:

“Hər şeydə müğənniləri ittiham etmək düzgün deyil. Hər insanın öz ağlı var, Allah insanları müğənninin ağlı ilə yaratmayıb ki. Hər kəsin öz payı, ağlı var. Belə danışmaq heç düzgün deyil. Hər yerin pisi də, yaxşısı da var. İstər polis, istər vəkil, həkim istərsə də hakim olsun, hamısının içində pislər və yaxşılar var. Hamı ideal ola bilməz. Niyə pisdən örnək götürürlər, qoy elə baxıb yaxşıdan örnək götürsünlər. Niyə ancaq pisə baxırlar?”

0