London eşqi bitdi: Milyarderlər artıq ərəb şəhərinə üstünlük verirlər

MARAQLI
11:03 / 09.04.2023
835

Təminatlı insanlar artıq Londonda deyil, Dubayda əmlak almağa üstünlük verirlər.

Bu barədə "Bloomberg" Britaniya paytaxtındakı daşınmaz əmlak agentliklərindən birinin rəhbərinə istinadən yazır.

Rieltor müştərilərdən biri, adı açıqlanmayan milyarderlə söhbətinin təfərrüatını açıqlayıb. Onun sözlərinə görə, müştərisi Belqraviyada (Londonun tarixi mərkəzindəki ərazi) penthaus satır.

"Londonla işimiz bitdi", - deyə milyarder ona bildirib.

Penthausun qiyməti 20 milyon funt-sterlinqi keçir, lakin satıcı xaricə tez getmək və vergilərə qənaət etmək üçün endirim etməyə hazırdır.

Agent izah edib ki, bu müştərisinin seçimi də Dubayın üzərinə düşüb.

Britaniya qanunlarına görə, vətəndaşın xaricdə daimi yaşayış yeri varsa, xaricdəki gəlirinə görə vergi ödəməyə bilər.

Məqalədə qeyd olunub ki, varlı müştərilər üçün digər cəlbedici şəhər və ölkələr arasında Türkiyə, Sinqapur, Honkonq, Monako, İsveçrə və İtaliya da var.

0