Mərkəzi Asiyanın türkdilli ölkələrindən biri - Qırğızıstanın dağlıq əraziləri "Mərkəzi Asiyanın İsveçrəsi" adlandırılır.
HİT.az xəbər veirr ki, Qırğızıstanın dənizə çıxışı yoxdur və ərazisinin əksər hissəsi dağlarla əhatə olunub. 31 avqust 1991-ci ildə SSRİ-dən müstəqilliyini elan edən ölkənin materik daxilində yüksək dağlıq regionda - Tyanşan, Talas, Qırğız, Türküstan dağlarında yerləşir.
Ən uca zirvələri Qələbə piki (7439 metr) və Xan-Tenqridir (6995 metr). Dağlar arasında geniş İssıkkul, Narın, Talas vadiləri və Fərqanə çökəkliyinin Qırğızıstana aid olan cənub və şərq dağətəyi sahələri yerləşir. Ərazinin 95%-I 1000 metrdən yüksəkdə yerləşir.
HİT.az Qırğızıstanın dağlıq ərazilərindən əsrarəngiz fotoları təqdim edir.
Samir