Maya təqviminin sirri açıldı

MARAQLI
12:37 / 15.05.2023
1081

Mərkəzi Amerikanın tarixi sivilizasiyası olan Mayaların təqvimində daha bir sirr açılıb. 

HİT.az xəbər verir ki, tədqiqatçılar tərəfindən 1940-cı illərdə Maya təqvimində aşkar edilən 819 gün dövrü ilə hesablama bu günə qədər sirr olaraq qalır. Ancaq yeni bir araşdırma, "819 günlük hesablama"nın əvvəllər düşünüldüyündən daha böyük bir zaman çərçivəsini əhatə etdiyini müəyyən edib. Tədqiqata görə, hər biri 819 gündən ibarət olan dövrlər 20 dövrə qədər uzadılıb və 45 illik dövr ərzində planetlərin hərəkətləri ilə uyğunlaşdırılıb, nəticədə yeni bir model yaranıb.

Başqa sözlə, Maya təqviminin 45 illik planet ardıcıllığına əsaslandığı müəyyənləşib. Tədqiqatçılar müəyyən ediblər ki, 819 günlük Maya təqviminin 20 ili 16380 gün təşkil edib ki, bu da bizim təqvimimizdə 45 ilə uyğundur. Məlum olub ki, 819 günlük dövrə Merkurinin 117 günlük konyunktiv (sinodik) dövrünə də uyğun gəlir. 

Sirri ABŞ-ın Tulane Universitetindən Con Linden və Viktoriya Briker açıb. Mayalıların istifadə etdikləri müxtəlif təqvimlərdən ən təəccüblü və anlaşılmazı 819 gündən ibarət olan təqvimdir.

Samir

0