Nigeriyalı aşpaz 100 saat bişirməklə rekord qırdı

MARAQLI
23:00 / 16.05.2023
722

Nigeriyalı aşpaz Hilda Bassey Effionq 100 saat yemək hazırlamaqla üzrə dünya rekordu vurub.

HİT.az xəbər verir ki, sosial mediada "Hilda Bacı" kimi tanınan 27 yaşlı Hilda Bassey Effionq 11 may cümə axşamı günü Laqosda başladığı yemək marafonunu 100 saat davam etdirərək rekorda imza atıb. Onlarla Nigeriya yeməyi və Qərbi Afrikanın ən məşhur yeməklərindən biri olan Jollof düyüsü hazırlayan "Hilda Bacı" Nigeriya mətbəxini ön plana çıxarmaq vəzifəsini öz üzərinə götürdüyünü bildirib. 

"Reseptlər nə qədər çox yayılsa, bir o qədər çox insan onu sınamağa hazır olacaq" deyə aşpaz bildirib.

Nigeriya prezidenti Muhammadu Buhari də Effionqun rekord qırmasını sosial media hesabından paylaşaraq, Nigeriya üçün əla bir gün olduğunu ifadə edib: "Hildanın arzusu, ehtirası və dözümlülüyü Nigeriya yeməklərinə böyük maraq göstərdi".

Ginnesin Rekordlar Kitabının bəyanatında deyilir: "Rekord cəhdindən xəbərdarıq. Bunu rəsmi olaraq təsdiqləməzdən əvvəl Rekordlar İdarəetmə Qrupumuzun nəzərdən keçirəcəyi sübutları almağı səbirsizliklə gözləyirik".

Son dünya rekordu hindistanlı aşpaz Lata Tondona məxsusdur. Tondon 2019-cu ildə 87 saat 45 dəqiqə yemək bişirməklə Ginnesin Rekordlar Kitabına düşüb.

Samir

0