Almaniyada aparılan araşdırma nəticəsində düz 28 min il əvvəl yaşamış pioner insanların qalıqları tapılıb.
Alimlər bəşəriyyət tarixinə dərindən təsir edəcək yeni kəşf ediblər. Sözügedən kəşfin ünvanı Almaniyadır.
HİT.az xəbər verir ki, nəsli kəsilmiş insan növü olan “Heydelberq xalqı”nın kiçik bir ailəsinin mükəmməl şəkildə qorunub saxlanmış barmaq və ayaq izləri tapılıb.
"Homo Heidelbergensis" kimi tanınan bu arxaik insan alt növü ev tikən və iri heyvanları ovlayan ilk növ olması ilə tanınır. Ancaq "Heidelbergensis" təxminən 28.000 il əvvəl nəsli kəsilib. Alimlər bu nəsil kəsilməsini iqlim dəyişikliyi ilə əlaqələndirirlər.
Elm adamları tapılan üç nümunədən ikisini yetkinlik yaşına çatmayanlar, göldən və ətrafdakı mənbələrdən tez-tez istifadə edən şəxslər kimi təsvir etdilər. Qalıqlara görə, bu növ çay sahillərində yaşayıb, balıq və ətlə qidalanırmış.
Tapılan bəzi qalıqlar böyüklərə aiddir. Buna əsasən, on minlərlə il əvvəl bölgədə müəyyən qrup və ya ailə yaşayıb.
Tədqiqat qrupu insan izlərindən əlavə nəsli kəsilmiş Palaeoloxodon antiquus növünə aid bir sıra fil izlərini də təhlil edib. O dövrdə ən böyük quru heyvanı olan bu növün erkək üzvlərinin çəkisi 13 tona çata bilirdi.
Keçən il fərqli bir qrup tədqiqatçı Nyu Meksikoda 23.000 illik insan ayaq izlərini aşkar etmişdi. Bu tarix o dövrdə yaşanan buz dövrünə işarə etsə də, dövrün insan növünün necə sağ qaldığı hələ aydınlaşdırılmayıb.
Samir