"Collogen" vitamin deyil, proteindir" - Professor

MARAQLI
18:16 / 18.05.2023
960

Son aylarda kosmetologiyada dərinin cavanlaşmasında istifadə olunan preparatların adları tez-tez dəyişir. İndi 45 yaşdan yuxarı qadınları 10-15 əvvəlki görünüşlərinə qaytaran estetik preparatların siyahısında "Collogen" liderlik edir.  

"Collogen" dərinin dərin qatlarına yeridilirməsidir. Üz və boyun dərisini dərindən nəmləndirir, yeniləyir. Bu, ildə 2 dəfə 8 prosedur olmaqla aparılır. Dərinin strukturunu yaxşılaşdırır, tonusu saxlayır, qırışların dərinləşməsini ləngidir, nəm balansını saxlayır, yorğunluq sindromunu götürür. 

Professor Adil Qeybulla HİT.az-a açıqlamasında bildirib ki, "Collogen" vitamin deyil, orqanizmin toxumalarında, xüsusən də birləşdirici toxumalarda olan və orqanizmin strukturunu təşkil edən proteindir:

“Bu orqanizmdə mühim rol oynayır. "Collegin"in orqanizmə yeridilməsi dərinin gözəlləşməsinə, cavanlaşmasına, bərpasına, orqanizmin müəyyən qədər bərpa olunmasına kömək edir. Bu yardımçı müalicədir. "Collogen" daha çox esteteik cərrahlıqda, terapiyada, kosmetologiyada  istifadə olunur. Ona görə də buna daha çox qadınlar müraciət edir”.

Adil Qeybulla qeyd edib ki, bu gün üz dərisinin cavanlaşması vurulan preparatlardan olan hyaluron turşusu birləşdirici toxuma komponentlərindən biridir:

“Bütün bunlar kosmetologiyada yenidən cavanlaşma proseslərində istifadə olunur”.

Adil Qeybulla bildirib ki, "Collogen"in qiymətləri istehsal olunan ölkəyə görə dəyişir:

“Collogen" Türkiyə ilə müqayisədə Avropa ölkələrində çox bahadır. Türkiyədə isə ucuzdur. Bundan başqa onun keyfiyyət parametrləri var ki, bu da istehsal olunan ölkənin daxili problemidir. Onu deyə bilərəm ki, "Collogen"in kosmetologiyada tətbiqi günü-gündən genişlənir”.

Azra

 

0