Avstraliyalı iş adamı Adrian Portelli qeyri-adi addımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o, 3 milyon dollar dəyərindəki "McLaren Senna GTR" yarış avtomobilini kranla yaşadığı 57-ci mərtəbəyə qaldırdıb.
"RobbReport"un yaydığı məlumata görə, maşının yaşayış kompleksinin 57-ci mərtəbəsinə qaldırılması üçün binanın üz örtüyü sökülüb.
Avtomobil iş adamının 39 milyon dollar dəyəri olan 13 min kvadratmetrlik evinə yerləşdirilib.
Adrian mətbuata açıqlamasında onu qonaq otağının ən gözəl guşəsinə qoyduğunu deyib. O, mənzilinə havuz, boulinq salonu da düzəldirmək istədiyini bildirib.