Dünyanın ən uzun müddət ac qalan insanı - 382 gün

MARAQLI
19:49 / 01.06.2023
811

Dünyanın ən uzun müddət ac qalan insanı Anqus Barbieri olub.

HİT.az "The Telegraph"a istinadən xəbər verir ki, 1965-ci ildə 207 kiloqram çəkisi olan Anqus Barbieri arıqlamaq qərarına gəlib və həkimlərin tövsiyə etdiyi maraqlı pəhriz proqramını qəbul edib.

27 yaşlı şotlandiyalı artıq çəkidən şikayətlənərək Dandi Universitetinin Tibb Fakültəsinə müraciət edib. Həmin vaxt 207 kq olan Aqnus həkimlərinin məsləhəti ilə tez arıqlamaq üçün 40 gündən aclığı tələb edən dietaya başlayıb.

40 gün ərzində arıqladığını görən Barbieri aclığı davam etdirmək istədiyini və ideal çəkisinə - 82 kq-a düşənə qədər istəkli olduöunu bildirib.

Həkimlər daimi müşahidə altında olması şərti ilə bunula razılaşır. Barbieri aclıq dövründə çox vaxt evdə qalıb, qalan vaxtlarda xəstəxanaya gedərək, həkimlərin lazım bildiyi analizlərdən keçib.

Həkimlər Aqnusu daim müşahidə altında saxlayıblar. Bunun səbəbi, bu cür uzunmüddətli aclıq pəhrizlərində çoxlu sənədləşdirilmiş ölüm hallarının olmasıdır. Bu ölümlər Barbieri kimi arıqlamaq istəyərkən baş verib. Dieta zamanı 2 nəfər ürək çatışmazlığından, 1 nəfər nazik bağırsaq keçməzliyindən, 2 nəfər aclıq bitdikdən sonra təkrar qidalanma sindromundan dünyasını dəyişib.

Sonrakı dövrlərdə həkimlərin məsləhəti ilə Barbieri müxtəlif vitaminlər, natrium və kalium əlavələrindən istifadə edib. Bu müddət ərzində o, mineral su, şəkərsiz çay və qəhvə kimi kalorisiz mayelər içib.

Barbierinin qan şəkəri aşağı düşüb və o, 37-48-ci günlər yalnız bir nəcis ifraz edə bilib. Ancaq bu vəziyyət uzun müddət davam etdikdə və maddələr mübadiləsi sürəti yavaşlamağa alışdıqda heç bir mənfi təsir göstərməyib. 11 iyul 1966-cı ilədək Anqus Barbieri 125 kilo arıqlayıb və aclığını 82 kilo ilə tamamlayıb. O, 382 gün aclığın ardından bir dilim yağlı çörək, bir qaynadılmış yumurta və bir fincan qəhvə ilə səhər yeməyi yeyib. Barbieri yeməkdən çox həzz aldığını və çox tox olduğunu bildirib.

O dövrdə tədqiqatçılar bu mövzuda araşdırmalar dərc ediblər. Bu araşdırmaya görə, 117 gün ac qalmaq piylənməyə qarşı ən təsirli bir müalicə hesab olunub. Ancaq bu araşdırmaya məruz qalan insanların bəziləri bu dövrü tamamlaya bilib. Ölümlər isə təkrar yemək dövrlərində baş verib. 1970-ci illərdə bu metod ölüm nisbətinin artırması səbəbindən istifadədən qaldırılıb.

Samir

0