Okean axınları artan istiliyin çox hissəsini udur. Lakin yeni araşdırmalar Antarktida ətrafındakı okeanın axınının sürətlə yavaşladığını göstərdi.
Okeanlar iqlimi tənzimləməkdə və istilik balansını qoruyub-saxlayaraq Yer kürəsini yaşana biləcək yer etməkdə böyük rol oynayır. Çünki okeanların insanların 1800-cü illərin ortalarından bəri insanların atmosferə buraxdığı və planeti istiləşdirən karbonun böyük miqdarını, eləcə də yüksələn tempraturun 90 faizindən çoxunu udan, iqlimin mühüm tənzimləyicisidir. Bu funksiya suların sirkulyasiyası nəticəsində yaranan okean axını sayəsində həyata baş verib.
Okeanların dövranı yavaşladıqda isə atmosferdə daha çox karbondioksid qaldığından qlobal istiləşmə də artır. Kompüter modellərindən istifadə edilən əvvəlki araşdırma, karbon emissiyalarının yüksək səviyyədə qalacağı təqdirdə okeanların ən dərin nöqtələrində suların dövranının 2050-ci ilə qədər 40 faiz yavaşlayacağını irəli sürülmüşdü. Lakin yeni bir araşdırma göstərib ki, Antarktida ətrafındakı okeanın ən dərin hissələrində mövcud yavaşlama bu təxminlərdən daha sürətli baş verir.
"Nature Climate Change" jurnalında dərc olunan yeni araşdırmaya görə, bu bölgədəki axıntı 1990-2010-cu illər arasında 30 faiz yavaşlayıb. Təxminlərin xaricində, "təqvimdən kənarda" baş verən bu yavaşlamanın qlobal istiləşməni daha da gücləndirəcəyi və okeanın dərinliklərinə çatan oksigenin azaldığı ortaya çıxıb. Ekspertlər bu araşdırmanı həyata keçirmək üçün onilliklər ərzində yüzlərlə alim tərəfindən toplanmış müşahidə məlumatlarından istifadə edib və sonra kompüter modelləşdirməsi ilə "boşluqları doldurublar".
Avstraliya elm agentliyi CSIRO və Böyük Britaniyanın Sautqempton Universitetindən aparıcı müəllif Katrin Gunn AFP-yə deyib: “Bizim məlumatlarımız iqlim dəyişikliyinin təsirlərinin vaxtından əvvəl olduğunu göstərir. Okeanların dövriyyəsinin yavaşlaması qlobal istiləşməni sürətləndirən əks əlaqədir. Nəticələr əhəmiyyətlidir, çünki Antarktidanın dərin okeanı qlobal okean cərəyanları şəbəkəsi üçün mühüm “nasos” rolunu oynayır. Dəniz səthinin temperaturu əhəmiyyətli dərəcədə artıb, hətta bu ilin əvvəlində yeni rekordlara çatıb. Qlobal istiləşmə həm də qütb bölgələrində buz təbəqələrini əritdiyindən okeanlara böyük miqdarda şirin su tökülür. Bu, dəniz həyatı üçün vacib olan həyatı dəstəkləmə funksiyasını pozur”.
Yeni araşdırma Antarktida ətrafındakı okeanın dərinliklərinə çatan oksigenin azaldığını ortaya çıxarıb. “Dərin okean heyvanları aşağı oksigen şəraitinə uyğunlaşır, lakin yenə də nəfəs almalıdırlar. Bu oksigen itkiləri okean canlılarının başqa bölgələrə sığınmasına və ya davranışları uyğunlaşdırmalarına səbəb ola bilər. Bu cür oksigen çatışmazlığı biomüxtəlifliyə və qida şəbəkələrinə də mənfi təsir göstərir”, deyə Katrin Gunn bildirib.
Okean "nasos"larındakı bu dəyişikliklərin heyvanlara mənfi təsir edəcəyi və okeanın uda biləcəyi karbon miqdarını azaldacağı, həmçinin yüz minlərlə ildir okeanın dərinliklərində təhlükəsiz şəkildə saxlanılan karbonu səthə çəkəcəyi gözlənilir.
Samir