Dünyanın ən yaxşı nudist çimərlikləri açıqlandı - SİYAHI

MARAQLI
17:26 / 02.06.2023
840

Florida ştatının Mayami şəhərindəki Haulover Beach Park (Haulover Beach Park) dünyanın ən yaxşı nudist çimərliyi seçilib.

HİT.az Daily Mail-ə istinadən xəbər verir ki, reytinq "Pour Moi" alt paltarı brendi tərəfindən dünya üzrə günəş vannası qəbul etməyə icazə verilən yüzlərlə çimərliklərin icmallarından əldə edilən məlumatları qiymətləndirərək hazırlanıb.

Maraqlıdır ki, araşdırmanın nəticələrinə görə, İspaniya və Yunanıstan çılpaq günəş vannası qəbul etməyi sevənlər üçün dünyanın ən yaxşı ölkələri sırasındadır: İspaniyada dörd, Yunanıstanda üç yer nudistlər üçün ən yaxşı 20 çimərlik sırasına daxil edilib. 

Reytinqə həmçinin Riqadakı Vetsaki çimərliyi (Latviya) və Torontodakı (Kanada) Hanlan Point çimərliyi kimi çox gözlənilməz yerlər daxil edilib - onlar 14-cü yeri bölüşüblər.

Dünyanın ən yaxşı 10 nudist çimərliyi:

1. Haulover Beach Park, Florida, ABŞ (100 baldan 97 bal).
2. Tambaba çimərliyi, Braziliya (76/100).
3. Qırmızı çimərlik, Santorini, Yunanıstan (70/100).
4. Patara çimərliyi, Türkiyə (69/100).
5. Playa de los Muertos, İspaniya (67/100).
6. Playa Zipolite, Meksika (66/100).
7. ES Trenck, Mallorca, İspaniya (64/100.
8. Praia do Abrico, Braziliya (63/100).
9. Banana Beach, Yunanıstan (54,9 / 100).
10. Paradise Beach, Mykonos, Yunanıstan (54,7 / 100).

Həmçinin araşdırma çərçivəsində hansı ölkələrin sakinlərinin daha çox çılpaq günəş vannası qəbul etməyi xoşladığı müəyyən edilib. Bunun üçün "Google" axtarış məlumatlarından istifadə edilib (bu və ya digər ölkədən olan istifadəçilər çılpaqlığa icazə verilən çimərliklər haqqında məlumat axtarır, bu məlumatları əhali ilə müqayisə edilir).

Çılpaq günəş vannası qəbul edənlərin sayına görə ilk 10 ölkə:

1. Avstraliya.
2. Yeni Zelandiya.
3. Hollandiya.
4. Kanada.
5. İrlandiya.
6. ABŞ.
7. İspaniya.
8. Böyük Britaniya.
9. Litva.
10. İslandiya.

Samir

0