Tarixin ən uzun müharibələri - SİYAHI

MARAQLI
16:28 / 05.06.2023
1040

Bəşəriyyətin yaranmasından etibarən hər zaman müharibələr olub.

Müxtəlif səbəblərdən başlayan müharibələr bəzən çox qısa müddətdə yekunlaşsa da, bəzən həddindən artıq davam edir. Heç şübhəsiz ki, uzun illər davam edən müharibələrdə onminlərlə insan ölür, şəhərlər, mədəniyyətlər məhv olur...

HİT.az sizlər üçün tarixin ən uzun müddət davam edən müharibələrinin siyahısını təqdim edir:

1. Meksika - İspaniya müharibəsi: 414 il
İspaniyanın Meksikanı işğal etməsiylə başlayan müharibə əsrlər boyu davam edib. Belə ki, 1519-cu ildən etibarən ispanlar və meksikalılar arasında müharibə yaşanıb. Müharibənin rəsmi olaraq 1901-ci ildə başa çatdığı açıqlansa da, 1933-cü ilə qədər toqquşmalar davam edib.

2. Ərəb - Bizans müharibəsi: 421 il
Bu müharibə VII əsrdə əsrdə ərəb fəthləri ilə başladı. Nəticədə, Bizans İmperatorluğu sürətli şəkildə Suriya və Misir də daxil olmaqla çox böyük torpaq itkiləri verdi. Bizansın əks hücuma keçməsi isə bir əsrə yaxın müddətdən sonra baş verdi. 421 il davam edən müharibə sonunda ərəblər Bizans İmperatorluğunu məğlubiyyətə uğraraq, xeyli yerləri ələ keçirdilər.

3. Avropada Osmanlı müharibələri: 653 il
Tarixdə "Türk savaşları" adlandırılan müharibə 653 il davam edib. Sözügedən müharibələr Osmanlı İmperiyası ilə Avropanın müxtəlif ölkələri arasında olub. 

4. Alman müharibələri: 681 il
Miladdan əvvəl romalılar və almanlar arasında əsrlərlə davam edən şiddətli savaş yaşanıb. Müharibə yalnız 681 ilin sonunda başa çatıb.

5. Roma - Fars müharibəsi: 681 il
Roma İmperiyası ilə Fars İmperatorluğu arasında gedən müharibə də 681 il davam edib. Hər iki tərəf də bu müddət ərzində xeyli itki veriblər, habelə torpaq ələ keçirərək, sonra itiriblər. 

6. Bizans - Bolqar müharibəsi: 715 il
İlk Bolqar İmperatorluğu qurulanda Şərqi Roma İmperiyası ilə Bizans İmperatorluğu arasında müharibə başladı. Bu müharibə isə 715 il davam etdi və hər iki tərəf ağır itkilərlə məruz qaldılar.

7. İngilis - Fransız müharibəsi: 750 il
Bu müharibə 1066-cı ildə Normandiya hersoqu Vilyam və 7000 fransız əsgərinin İngiltərəni işğal etməsi ilə başlayıb. Bu müharibə davam edərkən tarixin bir çox unudulmaz savaşları da baş verib. Belə ki, İngiltərə və Fransa arasındakı "Yeddi il savaşı", "Vaterloo müharibəsi" də sözügedən müddətə aiddir. Bu amansız müharibə silsiləsi isə təxminən 750 il davam edib.

Pərviz

0