Evləndikdən 5 gün sonra boşandılar - ŞOK SƏBƏB

MARAQLI
11:50 / 06.06.2023
692

Türkiyədə bir cütlüyün boşanması gündəmi alt-üst edib.

HİT.az xəbər verir ki, yeni evlənən qadın sadəcə 5 gün sonra toyda taxılan qızılları da toplayaraq evi tərk edib və boşanmaq üçün müraciət edib.

Bu isə oğlan evi tərəfindən qadının qazanc əldə etmək üçün evləndiyi təpkilərinin səslənməsinə səbəb olub. Ardınca oğlanın ailəsi qadını məhkəməyə verib. 

Ali Məhkəmənin isə bununla bağlı verdiyi qərar gündəm olub. Belə ki, qadının qazanc əldə etmək məqsədilə evləndiyinə və cütlüyün boşanmasına qərar verilib. 

Araşdırmalar zamanı məlum olub ki, həmin qadın bir neçə dəfə fərqli adamlarla evlənərək analoji addımı atıb. Qadının fırıldaqçılıqla məşğul olduğu təsdiqlənib, onun ögey atasının da şahidlik etdiyi bildirilib. Məhkəmədə qadının evlənmək niyyəti ilə hərəkət etmədiyi üçün cütlüyün boşanmasına qərar verildiyi qeyd olunub. Həmçinin, qadının iddiaları isə məhkəmə tərəfindən rədd edildiyi açıqlanıb. 

Pərviz

0