Oksford Universiteti LGBT tarixi müəllimini işə götürür - Britaniyada ilk

MARAQLI
13:45 / 06.06.2023
518

Oksford Universiteti LGBT tarixi üzrə müəllim işə götürüb. Bu vəzifə Böyük Britaniyada ilk olacaq.

HİT.az xəbər verir ki, bu barədə "Times" qəzeti məlumat yayıb.

Professor Mett Kuk hüquq müdafiəçisi Conatan Kuperin adını daşıyan Cinsi tarix kafedrasının ilk müəllimi olacaq. Bu mövzu Oksford Universitetinin bir hissəsi olan Mansfield Kollecində tədris ediləcək.

Kuk bu ilin oktyabrında işə başlayacaq və LGBT tarixinin araşdırılması və tədrisinə rəhbərlik edəcək. Qəzet yazır ki, Xeyriyyə Fondundan kollecə 4,9 milyon funt-sterlinq ianə ediləndən sonra Böyük Britaniyada ilk dəfə belə bir post yaradılıb.

Nəşr qeyd edir ki, Mansfield Kolleci, xüsusən də onun tarix şöbəsi LGBT tarixinin öyrənilməsində müvafiq təcrübəyə malik tədqiqatçıları, o cümlədən aspirantura təqaüd proqramları üçün cəlb etmək istəyir.

Samir

0