Dünyada baş verən bir çox maraqlı hadisələr tarixdə həkk olunub.
Heç şübhəsiz ki, bir çox müharibələr də uzun illər, əsrlər keçməsinə rəğmən unudulmur. Onlar, milyonlarla insanın ölməsi, ölkələrin dağılması və bir çox ağır fəsadlarla yaddaşlarda qalıb. Amma bəzi müharibələr isə tarixdə tamam fərqli şəkildə özünə yer tapır.
HİT.az tarixin ən fərqli müharibəsini təqdim edir.
1568-ci ildə Niderland burjua inqilabı ilə başlayan müharibə 1648-ci ildə başa çatdı. Bu dönəm tarixdə "Səksənillik müharibə" adlandırılır. Hansı ki, bu, Avropanın ilk uğurlu burjua inqilabı hesab olunur. Lakin tərəflər arasında 15 may və 24 oktyabr 1648-ci ildə Osnabrük və Münsterdə imzalanan sülh müqavilələri ilə müharibə başa çatdı. Sözügedən müqavilələr isə tarixdə "Vestfaliya sülhü" olaraq keçir. Amma bu sülh uzun müddət davam etmədi. 30 mart 1651-ci ildə Niderland Birləşmiş Krallığın bir hissəsi olan Silli adalarına qarşı müharibə elan etdi. Tərəflər arasındakı müharibə yalnız 17 aprel 1986-cı rəsmən başa çatdı və sülh müqaviləsi imzalandı.
Ən maraqlı məqam ondan ibarətdir ki, tərəflər 335 il ərzində rəsmi olaraq müharibə vəziyyətində qaldılar. Bu, tarixdə "Üçyüzotuzbeşillik müharibə" adlanır. Ancaq bu 335 il ərzində tərəflər arasında heç bir döyüş getməyib və hətta atəş belə açılmayıb. Ona görə də həmin müharibə heç bir itkinin olmadığı müharibə kimi tarixə keçib.
Pərviz