Şirkət rəhbəri katibəsi ilə səfərə getdi, əl-ələ görünrüləndi, işdən qovuldu - FOTO

08:30 / 20.06.2023
618

Çində dövlətə məxsus bir tikinti və mühəndislik şirkətinin rəhbəri Hu Jiyonq 25 yaşlı katibəsi Donqla əl-ələ tutarkən görüntülənib. 

HİT.az xəbəre verir ki, görüntülər "TikTok-"un Çin versiyası olan "Douyin"də viral olub.

İşgüzar görüş üçün getdiyi şəhərdə küçə fotoqrafı tərəfindən çəkilən cütlüyün videosu sürətlə yayılıb. Ölkədəki sərt senzuraya rəğmən görüntülərin yayılmasının qarşısını almaq mümkün olmayıb və 200 milyon dəfədən çox tıklanıb.

Hu Jiyonq "kommunist rejiminin etik dəyərlərinə zidd hərəkət etdiyi üçün" vəzifəsindən qovulub. 

Digər tərəfdən, katibə Donqun əynindəki çəhrayı paltar 24 saat ərzində ölkədə dəb halını alıb. Çinin sosial media platforması "Weibo"da "Dong's dress" etiketi ilə yazılar 20 milyona yaxın baxış toplayıb. "Taobao" adlı mağazada 618 yuana satılan paltar bir gecədə 1000, ikinci gecədə 4 min ədəd satılıb.

“Global Times” qəzetində çıxan xəbərə görə, fotoqraf ikilinin onunla əlaqə saxlaması nəticəsində şəkilləri “könüllü” olaraq sosial media platformasından silib.

Samir

0