Başağrısı və yorğunluğu ən qısa zamanda aradan qaldıracaq metod tapılıb.
HİT.az xəbər verir ki, çinli mütəxəssislərin sözlərinə görə sözügedən ağrılardan sadəcə 40 saniyə ərzində xilas olmaq mümkündür.
Çinlilər insanın vücudunda enerjinin keçdiyi əsas nöqtələri "meridian" adlandırırlar. Həm başağrısı, həm də yorğunluğu aparmaq üçün boynunuzun arxa hissəsindəki nöqtəyə şəkildə göstərildiyi kimi buz qoymağınız tövsiyə olunur. Çinlilər həmin nöqtəni "Fenq Fu" adlandırırlar.
Bunu etdiyiniz təqdirdə ağrılarınız 40 saniyə içərisində keçəcək. Bildirilir ki, bu nöqtəyə soyuq bir şey toxunduqda qana endorfinlər buraxılır və o da öz növbəsində baş ağrısı və yorğunluğu aradan qaldırır. Həmçinin, sözügedən addımı gün ərzində 20 dəqiqə etmək yuxu keyfiyyətinizin də yüksəlməsinə səbəb olacaq. "Buz hiyləsi" adı verilən bu həmlə elmi cəhətdən sübut olunmasa da, insanlara faydalı olduğu deyilir.
Pərviz