İki bürcə xəbərdarlıq - Bu günlərdə xəstəxanaya düşə bilərsiniz

MARAQLI
23:31 / 22.06.2023
473

Astroloqlar yaxın gələcəkdə xroniki xəstəliklərin pisləşmə ehtimalı olan iki bürcü açıqlayıb. 

Lent.az xarici mediaya istinadla həmin bürcləri təqdim edir: 

Qız bürcü

Qız bürcləri sağlamlıqlarına qarşı çox diqqətli yanaşmalıdır. Mədə-bağırsaq traktındakı problemlərdən əziyyət çəkənlər məsələyə daha ciddi baxmalı və yediklərini idarə etməyi bacarmalıdırlar. 

Həmçinin bəzi Qız bürcü nümayəndələrinin zəif nöqtəsi böyrəklərdir. Əgər davamlı ağrı hiss edirsinizsə, dərhal həkimə müraciət edin. Vəziyyəti gecikdirsəniz, düzəlməz nəticələrlə qarşılaşa bilərsiniz. 

Sağlamlığınıza laqeyd yanaşmayın. Çünki bu aralar həm fiziki, həm də psixoloji çətinliklərdən keçirsiniz. Çölə çıxarkən diqqətli olun. Günəş vurma kimi problemlərlə üzləşməmək üçün günəşdən qoruyucu vasitələrdən istifadə edin. Çalışın eynək, şapka və ya çətir kimi əşyaları yanınızdan əskik etməyəsiniz. 

Buğa

Buğalar son günlər yola çıxarkən diqqətli olmalıdırlar. Yol-nəqliyyat hadisəsi ilə qarşılaşmaq və ciddi xəsarət almaq riskiniz var. Buna görə də bütün təhlükəsizlik tədbirlərinə əməl edin.

Bundan əlavə, Buğalar baş ağrısı kimi problemlərə qarşı laqeyd olmamalıdır. Siz həm bəzi xəstəliklər, həm də maqnit qasırğaları ilə bağlı müəyyən ağrılar hiss edə bilərsiniz. Ümumiyyətlə, yaxın gələcəkdə vəziyyətiniz çox da arzulanan hesab olunmur.

0