Bakıda məzun gecəsində evlilik təklif edildi - VİDEO

MARAQLI
12:45 / 24.06.2023
604

Bakıda keçirilən məzun günlərindən birində maraqlı hadisə yaşanıb. 

BAKU.WS xəbər verir ki, Texniki universitetdə təşkil edilən konsertdə məzunlardan biri sevdiyi xanıma evlilik təklifi edib.

Əvvəl təklifi edən gənc səhnəyə çıxıb. Daha sonra xanım dəvət edilib və o, təklifi qəbul edərək sevdiyi oğlana "Hə" cavabını verib. 

Konsertdə iştirak edən məzunlar cütlüyü təbrik edərək onlara bir ömür boyu xoşbəxtlik arzulayıblar. 
Həmin an baş verənlər anbaan lentə alınıb. Video qısa müddətdə sosial şəbəkələrdə yayılaraq maraqla qarşılanıb. 

Sözügedən görüntüləri təqdim edirik:

0