İnfraktın baş vermə səbəbləri nələdir? - AÇIQLAMA

MARAQLI
13:24 / 04.07.2023
1029

"Ürəyin üzərindən gedən tac damarlarında qan axınının və ürəyin əzələsinin qidalanmasının pozulması nəticəsində infrakt baş verir".

Bu sözləri HİT.az-a açıqlama verən infeksionist Mərdan Əliyev deyib.

O bildirib ki, həmin tac damarlarının tutulma dərəcəsinə görə ürək əzələsində infrakt sahəsinin genişliyi təyin olunur:

"Əgər həmin tac damarlarında tutulma çoxdursa, o zaman infrakt daha geniş sahəni əhatə edir. Amma sözügedən damarlardakı tutulma azdırsa, infrakt daha az sahəni əhatə edir. Bu tutulma isə ateroskleroz dediyimiz xəstəlik nəticəsində baş verə bilir. Bu, daha çox xroniki formadır. Birdəki müəyyən təsirlər nəticəsində orada spazm baş verir və kəskin infrakt olur. Spazm nəticəsində ürəyin qidalanması pozulduğu üçün kəskin infrakt baş verir. Təbii ki, burada da aterosklerotik dəyişikliklər müəyyən rol oynayır".

329284

Həkim infraktın əsas səbəblərindən də danışıb:

"İnfraktın əsas səbəbləri daha çox genetik olur. Belə olan halda isə infrakt daha cavan şəxslərdə baş verir. Cavan yaşlarıda ürək infraktı keçirən şəxslər vaxtaşırı müayinədən və stress testlərin də keçməlidirlər. Hansı ki, bunun nəticəsində infrakt riskinin nə dərəcədə olduğu müəyyən olunur. 

İnfraktın digər əsas faktoru isə hərəkətsizlikdir. Yəni müasir dövrdə insanlar çox otururlar, işlərdə daha çox kompüter arxasında, masada və ya evdə divanda xeyli vaxt keçirirlər. Əgər yatdığımız vaxtı çıxaraq hesablasaq görərik ki, sutkanın 90 faizini oturaraq keçiririk. Hansı ki, oturmaq bizim ən böyük düşmənimizdir. Xərçəng xəstəliyindən tutmuş ürək damar xəstəliklərinə qədər hər bir şeyə təsiri var. Əsasən ürək damar sisteminin və ürəkdə aterosklerotik dəyişikliklərin baş verməsinə səbəb olur. Araşdırmalar göstərir ki, infraktdan və xərçəng xəstəliyinə qədər gətirib çıxara bilir. Hətta oturmağa müasir dövrün siqaret çəkməsi də deyilir. Hətta siqaret çəkmək oturmaqdan daha az təhlükəlidir. Hal-hazırda bu, çox ciddi bir problemdir".

İnfeksionist vurğulayıb ki, infraktda stress və qidalanmanın da rolu var: 

"Xüsusilə yağlı qidaların burada rolu var. Hazırda bitki yağları və bərk yağların çox hissəsi sağlam deyil. Buna fikir vermək lazımdır, çünki burada qidalanmanın rolu da yüksəkdir. Ümumi olaraq infraktın baş verməsinin üç əsas faktoru var. Bunlar, genetik faktorlar, hərəkətsizlik və normal qidalanmamaqdır. Burada kök adamlar, piylənməsi olanlar və ağırçəkili şəxslər ürək xəstəliklərində ən böyük risk faktorlarıdır. Əgər biz kökəliriksə, hər artıq kiloqram çəki təzyiqimizi də artırır. Həmçinin, hər kiloqram artıq çəki bizim ürək damar sistemizdə artıq yükdür. Yəni bu səbəbdən təzyiqimiz 160 və hətta 200-ə qalxa bilər. Elə hərəkətsizlik və sağlam qidalanmamaq da köklüyə gətirib çıxarır. Köklük də ürək-damar xəstəliklərini və infrakt riskini artırır".

Pərviz

0