Pandemiyada doğulan uşaqların bu sahədə digərlərindən geri qalır

MARAQLI
10:35 / 17.07.2023
440

Dublin Universitetinin alimləri pandemiya zamanı doğulan uşaqların ünsiyyət inkişafında digər uşaqlardan geri qaldığını aşkar ediblər. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "Archives of Disease in Childhood" jurnalında dərc olunub.

Tədqiqatda pandemiyanın ilk üç ayında uşaq doğulan 354 ailə iştirak edib. Tədqiqatçılar 6 aylıq, bir yaş və iki yaşındakı körpələrin inkişafını qiymətləndirib, həmçinin valideynlərlə uşaqları ilə bağlı sorğular aparıblar. Müəlliflər əldə edilən nəticələri pandemiyadan əvvəl doğulmuş uşaqlar üzərində oxşar tədqiqatın məlumatları ilə müqayisə ediblər.

Məlum olub ki, pandemiya zamanı doğulan uşaqların karantin səbəbindən məhdud sosial çevrəsi olub. Uşaqlar pandemiya dövründə yalnız ailələrini görüblər, qohumlarının və dostlarının çoxunu görməyiblər.

“Pandemiya zamanı doğulan uşaqlar ilk sözü sonradan dedilər, vidalaşmaq üçün əllərini yelləyə bilmədilər. Onlar anketin ünsiyyətlə bağlı sualları özündə əks etdirən hissəsində də aşağı bal toplayıblar”, deyə müəlliflər bildirib.

Samir

0