Asteroidlər Yerə yeni həyat formaları gətirə bilər - Astrofizik istisna etmir

MARAQLI
13:00 / 18.07.2023
514

Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun (IPA) baş elmi işçisi Nikolay Jeleznov bildirib ki, asteroidlər canlı orqanizmlərin deyilsə, molekulyar birləşmələrin də daşıyıcısı ola və sonradan yeni həyat formaları yarana bilər. 

HİT.az xəbər verir, o, bu barədə "RİA Novosti"yə danışıb.

“Əlbəttə, heç nəyi inkar etmək olmaz”, deyə Jeleznov müvafiq suala cavab verib.

O, aydınlaşdırıb ki, indiyədək asteroidlərin köməyi ilə ən azı birhüceyrəli həyatın yaranmasına dair 100% təsdiq yoxdur.

Buna baxmayaraq, onun sözlərinə görə, meteoritlərin bir çox fraqmentlərində həyat izləri yox, amin turşuları tapılıb. Bu, asteroidlərdə mürəkkəb molekulyar birləşmələrin mövcud ola biləcəyini düşünməyə əsas verir.

Jeleznov xatırladıb ki, Yer üzündə həyatın yaranması ilə bağlı fərziyyələrdən biri suyun bizə kometlər tərəfindən gətirildiyini nəzərdə tutur. Çox güman ki, bu suda ilk birhüceyrəli orqanizmlər əmələ gəlməyə başlayan molekulyar birləşmələr var idi.

Samir

0