Astroloqlar milyarderlərin doğum tarixinin təhlili əsasında maliyyə məsələsində kimin şanslı ola biləcəyi qənaətinə gəliblər.
Siyahıda bürclərin dörd nümayəndəsi var.
“Forbes” jurnalına görə dünyanın ən varlı adamlarının siyahısını təhlil etsəniz, ən zəngin bürcün Şir bürcü olduğu ortaya çıxır. Onun nümayəndələri “qızıl yüzlük”ün kapitalının 14 faizini təşkil edir. Artıq uzun illərdir ki, Qoç və Dolça təsirli maliyyə nəticələri göstərir (hər biri 8 faiz), Balıqlar da zənginlər siyahısında görünür.
Qız bürcü
Qız bürcü ən zəngin bürclərdən biri hesab olunur. Dollar milyarderləri arasında təxminən 12 faiz bu bürc altında doğulanlara aiddir. Onlar öz zəhməti, ünsiyyətcilliyi və cazibədarlığı ilə var-dövlətə nail ola biliblər.
Qoç və Dolça
Qoç və Dolça planetin ən varlı adamları sıralamasında daha da irəli gedir, 8 faiz paya sahibdirlər. Xüsusilə, Dolçalar geniş dünyagörüşü və dostluqları sayəsində asanlıqla böyük bir sərvət qazana bilərlər. Azadlığa o qədər sevgiləri var ki, onlar çox vaxt ailə bağları ilə bağlanmırlar, buna görə də heç bir şey qazancdan yayındıra bilməz. Qoç öz əzmkarlığı ilə tanınır. Çalışqanlıqlarının köməyi ilə hər şeyə özləri nail ola bilərlər.
Balıq
Balıqlar da tez-tez zənginlərin siyahısında görünür. Astroloqların fikrincə, bu bürc israrlı və inadkardır. Belə insanlar asanlıqla böyük bir sərvət qazana bilərlər və bu, yalnız ixtiraçılıq tələb edir. (Lent.az)