Bu insanlar daha tez qocalır

MARAQLI
09:18 / 19.07.2023
638

ABŞ-ın Dyuk Universitetinin psixoloqları belə qənaətə gəliblər ki, antisosial davranışa meylli insanlar daha tez qocalır. 

HİT.az xəbər verir ki, alimlərin araşdırmasının nəticələri “International Journal of Environmental Research and Public Health” jurnalında dərc olunub.

Müəlliflər Yeni Zelandiyada 1972-ci ilin aprelindən 1973-cü ilin martına qədər anadan olmuş 1037 iştirakçının daxil olduğu geniş tədqiqatın məlumatlarını təhlil ediblər. Bütün iştirakçılar bir neçə dəfə tibbi və psixoloji müayinədən keçiblər: ilk dəfə 3 yaşında, sonuncu dəfə isə 45 yaşında.

Təhlil göstərib ki, antisosial davranış tarixi olan iştirakçılar bioloji qocalma sürətini əhəmiyyətli dərəcədə sürətləndirib. Bu insanlar 45 yaşına çatdıqda, antisosial davranış səviyyəsi aşağı olanlarla müqayisədə orta hesabla 4,3 bioloji yaş böyük olub.

Antisosial davranış sosial normaları ardıcıl şəkildə pozan, başqalarının hüquqlarını nəzərə almayan və çox vaxt empatiya və ya peşmançılıq hissi ilə əlaqələndirilən hərəkətlərə aiddir. Bunlar, məsələn, aldatma, təcavüz, oğurluq, zorakılıq, yalan və digər manipulyasiya və ya istismar davranışlarıdır.

Samir

0