Diabet xəstələrində damarları gücləndirən məhsullar - SİYAHI

MARAQLI
10:01 / 31.07.2023
572

Qan damarlarını gücləndirmək üçün şəkərli diabet xəstələri C vitamini, rutin, xrom və omeqa-3 yağ turşuları olan qidalar qəbul etməlidirlər. 

HİT.az xəbər verir ki, bunu dietoloq Yelena Somatina bildirib.

Dietoloqun sözlərinə görə, şəkərli diabetdən əziyyət çəkənlər qan damarlarını gücləndirməlidir, antioksidantlardan, kiçik damarları gücləndirən qara giləmeyvə - qaragilə, böyürtkən və qaragilədən, həmçinin tərkibində xrom olan qidalardan istifadə etməlidir, şəkərsiz kakao, balıq, dəniz məhsulları, brokolidən istifadəyə üstünlük verməlidir. 

Qeyd edək ki, bundan əvvəl “The Lancet” tibb jurnalı 2050-ci ilə qədər 1,3 milyard insanın şəkərli diabetdən əziyyət çəkəcəyini yazmışdı.

Tədqiqatçıların fikrincə, 30 ildən sonra hər bir ölkədə piylənmənin yayılması səbəbindən xəstələrin sayının artacağı gözlənilir. Şimali Afrika, Yaxın Şərq və Sakit Okean ada dövlətləri də daxil olmaqla, ən çox zərər görəcəyi gözlənilən bölgələrdə, cari tendensiyalara görə, 2050-ci ildə hər 5 nəfərdən 1-də diabet ola biləcək ölkələr var.

Samir

0