Alimlər 500 milyon illik meduza fosili tapdı

MARAQLI
21:30 / 02.08.2023
520

Toronto Universitetinin tədqiqatçıları yarım milyard illik fosillərdə Kanadadakı ən qədim meduza növü olan Burgessomedusa phasmiformisi aşkar ediblər. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "The Royal Society" jurnalında dərc olunub.

Yeni növ, Kembri dövrü dənizlərində yaşamış, ölçüsü 20 sm-ə qədər olan böyük üzən meduzadır. Alimlərin fikrincə, meduzalar çox kövrək heyvanlardır və sərt toxumaların olmaması səbəbindən zəif qorunur, ona görə də belə yaxşı qorunan heyvan qalıqlarına nadir hallarda rast gəlinir.

Buna görə meduzaların təkamülü tam başa düşülmür. Lakin tapıntının kəşfindən sonra hər şey dəyişə bilər. Məsələn, indi elm adamlarına aydındır ki, Kembri dövründə bu heyvanlar "klassik" qübbəli formasına və çoxlu çadırlara sahib olublar, həmçinin aktiv şəkildə üzmək və ovlamaq qabiliyyətinə malikdirlər.

“Meduza və onların qohumlarının ən erkən heyvan qruplarından biri sayılmasına baxmayaraq, Kembri dövrünə aid fosillərdə çox nadir hallarda rast gəlinir. Lakin bu tapıntı onların o vaxt da üzə bildiyinə şübhə yeri qoymur”, deyə müəlliflər qeyd edib.

Samir

0