Uşaqlar niyə yalan danışır? - Psixoloq səbəbləri açıqlayır

MARAQLI
12:28 / 07.08.2023
508

Uşaq yaşından, vəziyyətindən və şəxsiyyətindən asılı olaraq müxtəlif səbəblərdən yalan danışır. Məsələn, bu, fantaziya, cəza qorxusu və ya etiraz ola bilər. 

HİT.az xəbər verir ki, bu barədə gazeta.ru-ya psixoloq Stanislav Samburski məlumat verib.

Məsələn, azyaşlı uşaqlar (2-4 yaş) tez-tez reallıqla fantastikanı qarışdırır, hekayələr uydurmağı, rol oynamağı sevirlər:

“Onlar üçün yalan danışmaq yaradıcı təfəkkürünü və özünüifadəsini inkişaf etdirmək üsuludur. Onlar qəsdən yalan danışmırlar, sadəcə olaraq öz aləmlərində yaşayırlar”.

Bundan əlavə, hər yaşda olan uşaqlar cəzadan yayınmaq üçün öz hərəkətləri və ya səhvləri üçün məsuliyyətdən yayınmaq naminə yalan danışa bilərlər:

"Məktəbəqədər və ibtidai məktəb yaşlı uşaqlar (4-10 yaş) statuslarını yaxşılaşdırmaq və həmyaşıdlarının və ya böyüklərin gözündə daha yaxşı görünmək üçün yalan danışa bilərlər. Onlar öz nailiyyətlərini, bacarıqlarını və ya sosial mövqelərini şişirdə bilərlər. Onlar hörmət olunmaq, sevilmək və qəbul olunmaq istəyirlər”.

Samburski vurğulayıb ki, uşaqların etiraz naminə yalan danışması halları da var:

“Yeniyetmələr (11-17 yaş) məhdudiyyətlərə qarşı çıxmaq, valideyn səlahiyyətlərinə etiraz etmək və ya narazılıqlarını bildirmək üçün yalan danışa bilərlər. Onlar müstəqillik, məxfilik və şəxsi məkan üçün çalışırlar. Valideynləri ilə həyatlarının bütün təfərrüatlarını bölüşmək və ya onların qaydalarına tabe olmaq istəmirlər".

Samir

0