Ağız qoxusu həm sizi, həm də ətrafınızdakı insanları narahat edən problemdən biridir.
HİT.az xəbər verir ki, yediyiniz qidalar və müxtəlif amillər ağız qoxusuna səbəb ola bilər.
Bəzən isə qoxular ağız xaricində də qaynaqlanır. Buna mədə, burun əti və yuxarı tənəffüs yolları ilə əlaqəli xəstəlikləri aid etmək olar.
Amma məyus olmağa dəyməz. Çünki ağız qoxusunu anında yox etmək mümkündür. Belə ki, zəncəfil sayəsində bu problemdən xilas ola bilərsiniz. Daha doğrusu, evdə qarqara hazırlamaq lazımdır. Rəndələnmiş zəncəfil suyu, limon suyu və ilıq suyu bir-birinə qarışdırın. Hazırladığınız qarqaranı çay kimi istifadə edə bilərsiniz. Bununla da ağız qoxusundan qurtulacaqsınız.
Pərviz