Türkiyəli Daxili Xəstəliklər və Kardiologiya Mütəxəssisi Prof. Dr. Canan Karatay yeni məsləhəti ilə diqqət çəkib.
HİT.az xəbər verir ki, o, bu dəfə də kivinin faydalarından bəhs edib.
Canan Karatay C vitamini ilə zəngin olan kivinin üzdəki qırışlara və göz altındakı göyərmələrə yaxşı təsir etdiyini bildirib. O, həmçinin kivinin insanı 10 yaş cavanlaşdırdığını deyib. Mütəxəssis onu da əlavə edib ki, bu meyvəni günün istənilən zamanı yemək olar.
Canan Karatay vurğulayıb ki, kivi həm ürək üçün olduqca faydalıdır, həm də xərçəngin qarşısını almağa kömək edir. Onun sözlərinə görə, kivi artıq çəkidən xilas olmağa və astma kimi xəstəliklərə qarşı da effektlidir.
Qeyd edək ki, immunitet sistemini gücləndirən və dəriyə faydalı olan kivi, hamilə qadınlar üçün də olduqca yararlıdır. Bununla yanaşı, kivinin sümük sağlamlığını da qoruduğunu demək lazımdır.
Pərviz