Doğru bilinən yanlış: Onlar xərçəngə səbəb olmur

MARAQLI
16:16 / 17.08.2023
568

Bir çox insanın həqiqətən zənn etdiyi məlumatın doğru olmadığı ortaya çıxıb.

HİT.az xəbər verir ki, depressiya və narahatlığın xərçəng xəstəliyinə səbəb olmadığı məlum olub.

Qroningen Universitetinin tədqiqatçıları bu barədə araşdırma aparıblar. Onlar, depressiya və narahatlıqla xərçəng xəstəliyi arasında heç bir əlaqə olmadığını aşkar ediblər. Araşdırmanın nəticələri ABŞ Xərçəng Cəmiyyətinin jurnalında dərc olunub. 

Tədqiqat çərçivəsində Kanada, İngiltərə, Norveç və Hollandiyadan olan 300.000 insanın məlumatları təhlil edilib.

Pərviz

0