Diş ətinin iltihabı ürəyə və qan damarlarına necə təsir edir?

MARAQLI
21:05 / 18.08.2023
564

Mount Royal Universitetinin alimləri insan tüpürcəkindəki iltihabın biomarkerlərinin ürək-damar riskini qiymətləndirmək üçün istifadə oluna biləcəyini aşkar edib.

HİT.az xəbər verir ki, tədqiqatın nəticlələri "Frontiers in Oral Health" jurnalında dərc olunub.

Araşdırmada həkimlər 18-30 yaş arası siqaret çəkməyən 28 nəfərdən tüpürcək nümunələri toplayıblar. Onların ürək-damar xəstəlikləri olmayıb və bu risklərə təsir edə biləcək dərmanlar qəbul etməyiblər. 

Tədqiqatçılar, gingivitin göstəricisi olan yüksək ağ qan hüceyrələrinin sayının iştirakçılarda daha pis arterial sağlamlıqla əlaqəli olduğunu (məsələn, damar sərtliyinin artması kimi) aşkar ediblər. Tapıntılar diş ətinin iltihabının (periodontit) ürək-damar xəstəlikləri riskini artırdığını göstərən əvvəlki tədqiqatları dəstəkləyir. Yeni işin müəllifləri iltihab faktorlarının diş əti vasitəsilə qan dövranına daxil ola biləcəyini və damar sisteminə zərər verə biləcəyini irəli sürüblər.

“Mütəmadi stomatoloji ziyarətlərə əlavə olaraq, xüsusilə bu tapıntılar fonunda həmişə optimal ağız gigiyenası tövsiyə olunur. Ancaq bu araşdırma pilot layihə idi. Ümid edirik ki, tədqiqat iştirakçılarının sayını artıracağıq və bu nəticələri təsdiq edəcəyik. Biz həmçinin müxtəlif səviyyələrdə diş əti iltihabının ürək-damar sisteminə təsirini daha yaxşı başa düşmək üçün diş əti iltihabı və periodontitin sonrakı mərhələləri olan daha çox insanı əhatə etməyə ümid edirik", deyə bildirilir.

Samir

 

0