Zehni qabiliyyətləri inkişaf etdirən amillər açıqlandı

MARAQLI
15:07 / 21.08.2023
520

Finlandiyanın Şərq Universitetinin tədqiqatçıları sağlam qidalanmanın, oxumağın və idmanın gənclərin düşünmə qabiliyyətini yaxşılaşdırdığını müəyyən ediblər. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "Scandinavian Journal of Medicine & Science in Sports"da təqdim olunub.

Düşünmə bacarıqları öyrənmədə, akademik nailiyyətlərdə və gündəlik problemlərin həllində böyük rol oynayır, buna görə də uşaqlıqdan onların inkişafına kömək etmək vacibdir. Tədqiqatda 400-ə yaxın uşaq iştirak edib. Alimlər iki il ərzində onların qidalanması, fiziki fəaliyyəti və əqli qabiliyyətləri haqqında məlumat toplayıblar.

Nəticələr göstərib ki, qırmızı ətdən az, yağsız süd məhsulları ilə zəngin pəhriz uşaqların əqli inkişafına müsbət təsir göstərir. Oxumağa və idman etməyə daha çox vaxt ayıran uşaqlar həmyaşıdlarına nisbətən daha yaxşı düşünmə qabiliyyətləri nümayiş etdiriblər. Kompüter arxasında çox vaxt keçirən tələbələrin düşünmə qabiliyyətinin azaldığı müşahidə edilib.

Aydın

0