Peyvənd və Altsheymer xəstəliyi riski arasında əlaqə tapıldı

MARAQLI
14:08 / 21.08.2023
437

Hyustondakı Texas Universitetinin alimləri müəyyən ediblər ki, tetanoz, difteriya, şinglə və digər infeksiyalara qarşı profilaktik peyvənd Altsheymer xəstəliyinin inkişaf riskini azaldır. 

HİT.az xəbər verir ki, bu barədə araşdırmanın nəticələri "Journal of Alzheimer's Disease" jurnalında dərc olunub.

Alimlər tədqiqatın əvvəlində demensiyası olmayan 65 yaş və daha yuxarı xəstələrin məlumatlarını təhlil ediblər. Alimlər iki qrup xəstələri müqayisə edib: peyvənd olunmuş və peyvənd olunmamış. Altsheymer xəstəliyinin tezliyi 8 il sonra qiymətləndirilib.

Tdap/Td peyvəndi alan xəstələrdə (tetanoz, difteriya, göy öskürək/tetanoz, difteriya) peyvənd olunmamış həmyaşıdlarına nisbətən Altsheymer xəstəliyinə tutulma ehtimalı 30% az olub: peyvənd olunmuşların 7,2%-i və peyvənd olunmamışların 10,2%-i xəstələnib.

Zona peyvəndi Altsheymer xəstəliyi riskinin 25% azalması ilə əlaqələndirilib: peyvənd olunmuşların 8,1% -i və peyvənd olunmamışların 10,7% -də xəstəlik inkişaf edib.

Pnevmokoklara qarşı peyvənd edildikdə, xəstəliyin inkişaf riski 27% az olur: peyvənd edilmişlərin 7,92% -də və peyvənd olunmamışların 10,9% -ində demans diaqnozu qoyulub.

Alimlər qeyd ediblər ki, Altsheymer xəstəliyinin müalicəsi üçün nəzərdə tutulan üç yeni anti-amiloid anticisim xəstəliyin gedişatını 25%, 27% və 35% ləngidir. Yəni peyvəndin demans riskinə təsiri Altsheymer xəstəliyinə qarşı ən son dərmanların istifadəsi ilə müqayisə edilə bilər.

Samir

0