Kartof suyu ilə qırışlardan qurtula bilərsiniz

MARAQLI
13:25 / 21.08.2023
842

Süfrələrin vazkeçilməsi olan kartofun özü kimi suyu da olduqca faydalıdır.

HİT.az xəbər verir ki, çiy kartofun suyunun insan üçün yeni faydaları ortaya çıxıb.

Belə ki, kartof suyu dəriyə qulluq üçün də olduqca effektlidir. Bu təbii və sadə həll sayəsində dərinizdəki fərqi görməyə başladığınız zaman təəccüblənə bilərsiniz. Çünki bahalı kosmetik məhsullarına pul xərcləmək əvəzinə, çiy kartof suyu ilə dərinizə qulluq etmək mümkündür.

Bunun üçün aşağıdakıları etməlisiniz: 

Bir kartofu rəndələyib suyunu çıxarın. Bu su ilə də gündəlik olaraq cildinizi silin. Bu, üzünüzdəki qırışları və ləkələri aparmağa kömək edəcək. Üstəlik, cildinizin daha gənc görünməsinə səbəb olacaq. Lakin hər cild fərqli olduğu üçün buna müxtəlif reaksiyalar verə bilər. Bunun üçün də sözügedən üsuldan istifadə etmədən öncə dermatoloqla məsləhətləşməyiniz tövsiyə olunur.

Pərviz

0