Alimlər orta yaşda demens riskini azalıtmağın yolunu tapdı

MARAQLI
23:43 / 23.08.2023
719

Yaponiyanın Tohoku Universitetinin tədqiqatçıları dil öyrənən orta yaşlı insanların demensiyaya tutulma riskinin 19% daha az olduğunu müəyyən ediblər. 

HİT.az xəbər verir ki, bununla bağlı araşdırmanın nəticələri “Frontiers in Aging Neuroscience” jurnalında dərc olunub.

Araşdırmada yaşı 40-dan 69-a qədər olan 300 minə yaxın könüllü iştirak edib. 7 il ərzində bütün iştirakçılar koqnitiv qiymətləndirmədən keçiblər və həmçinin həyat tərzlərini soruşan anketi doldurublar. Bütün tədqiqat dövründə iştirakçıların yalnız 1,1%-də demans inkişaf edib.

Əldə edilən məlumatların təhlili göstərib ki, yeni bir dil öyrənmək və ya hər hansı yeni bacarıqlara yiyələnmək qocalıq demansının inkişafının qarşısını almağa kömək edir. Beləliklə, tədqiqatın əvvəlində dil dərslərinə qatılan könüllülərin demans inkişaf riski 19% azalıb.

Samir

0