Ərzaq məhsulları saxlanılmaya davamlı olub-olmaması üzrə təsnifatlandırılır.
Saхlanılmaya davamlılığı az olan məhsulların saхlanılma müddətini artırmaq üçün onlar konservləşdirilir.
Məhsulların konservləşdirilməsi isə fəslindən və mövsümündən asılı olmayaraq, əhalinin istifadəsi üçün əlçatan olur.
Xüsusilə, yay aylarında qışa hazırlıq məqsədilə tutmalar qoyulur. Təəssüf ki, bəzi hallarda bu tutmalardan zəhərlənmə hallarının da şahidi oluruq.
Bəs, konservləşdirilmiş qidalarda önəm verməli olduğumuz məsələlər nələrdir?
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Hit.az-a açıqlamasında bildirib ki, bəzi vitaminlər konservləşdirilmiş qidalarda olmur:
"Yaxşı olardı ki, xüsusilə, uşaqlar üçün yeni hazırlanan yeməklər verilsin. Lakin konservləşdirilmiş qidaların da bir çox faydaları var. Bu qidalarda karbohidrat, zülal, yağ dəyəri olduğu kimi qalır. Yağda həll olan vitaminlər - A, D, E, K konservləşdirilmiş məhsullarda bol miqdarda , hətta təzə qidadan daha çox olur.
Bəzi hallarda konservləşdirilmiş qidalardan daha çox istifadə edilirsə, adını çəkdiyimiz vitaminlər və qida dəyərliliyi yüksək olduğu üçün həmin insanlarda bu vitaminlərin çatışmazlığı da az olur. Amma C, B qrup vitaminlər suda həll olunduğu üçün konservləşdirilmiş məhsullarda olmur. Həmin insanlarda isə bu vitaminlərin çatışmazlığı baş verir. Digər bir məqam budur ki, konservləşdirilmiş qidalar gündəlik istifadə üçün nəzərdə tutulmur. Xüsusilə, 25 yaşa qədər olan insanlara gün ərzində 40-dan 70-ə qədər makro və mikro elementlər olduğu üçün onlar daha yaxşı olar ki, təzə, keyfiyyətli qidalardan istifadə etsin".
Mətanət Hüseynova həmçinin konservləşdirilmiş məhsullarda hansı amillərə diqqət yetirməli olduğunu da söyləyib:
"Konservləşdirilmiş qidaları alarkən etiket qaydalar, marka məlumatlılığı tam şəkildə olmalıdır. İstehsalçı şirkətin adı, istehsal olunma və saxlanma şəraiti, qapağı açıldıqdan sonra nə qədər müddətə saxlanıla bilər, bunlar göstərilməlidir.
Bəzən bu dəyişikliklərə əməl olunmadığı üçün zəhərlənmə baş verə bilir. Bəzi konservləşdirilmiş məhsullar dəmir qutularda olur və içəri tərəfində qatı "Bisfonol A" maddəsi yerləşir. Bu maddə isə xərçəng yaradır. Buna görə də dəmir qabda olan konservləşdirilmiş qida alarkən qabın qabarmadığına diqqət yetirmək lazımdır".
Leyla