Sidney Universitetinin alimləri müəyyən ediblər ki, gündə cəmi 4-5 dəqiqəlik intensiv fiziki fəaliyyət bəzi xərçəng növlərinin riskini 32% azalda bilər. Bu cür fəaliyyət təmizlik, yemək bişirmək, paltar və qabların yuyulması kimi müxtəlif ev işlərini yerinə yetirmək ola bilər.
HİT.az xəbər verir ki, məqalə "JAMA Oncology" jurnalında dərc olunub.
Tədqiqatda gündəlik fiziki fəaliyyəti izləmək üçün izləyicilər taxan 22 min insan iştirak edib. Tədqiqat 7 il ərzində aparılıb və bu müddətdə alimlər istifadəçi fəaliyyəti və onların sağlamlıq vəziyyəti haqqında kifayət qədər məlumat toplayıblar. Tədqiqat zamanı iki mindən çox insana müxtəlif növ xərçəng diaqnozu qoyulub.
Alimlərin fikrincə, fasilələrlə fiziki fəaliyyət gündəlik həyatda yüksək intensivlikli interval təliminin (HIIT) prinsiplərinə bir qədər bənzəyir.
Xərçəngin bütün növləri üçün bu cür fəaliyyət baş vermə riskini 18%, yalnız fiziki fəaliyyətin olmaması ilə birbaşa əlaqəli olan növlər üçün 32% azaldır.
Samir