İsveçin Karolinska İnstitutunun alimləri müəyyən ediblər ki, sıfır cazibə qüvvəsində mikroqravitasiya astronavtların immun sistemini zəiflədə bilər. Hit.az xəbər verir ki, araşdırma "Science Advance" elmi jurnalında dərc olunub.
Alimlər çəkisizliyin bədənə təsirini cazibə qüvvəsinin olmamasını simulyasiya edən xüsusi su yatağından istifadə edərək simulyasiya ediblər. Elmi qrup səkkiz sağlam subyektin immun sisteminin T hüceyrələrini izləyib. Təhlillər eksperimentin başlanmasından 7, 14 və 21 gün sonra, həmçinin başa çatdıqdan bir həftə sonra aparılıb.
Tədqiqatçılar müəyyən etdilər ki, xəstəliklə mübarizə aparan T hüceyrələri və ya limfositlər imitasiya edilmiş çəkisizlikdən cəmi 7 gün sonra daha az aktivləşirlər. Fəaliyyətdə maksimum azalma iki həftə sonra baş verib.
Tədqiqatın müəllifi Karlos Qallardo Dodd'a görə, cazibə qüvvəsinin təsirinin olmaması, limfositlərin mübarizə aparmalı olduqları viruslar və digər patogenlər haqqında genetik yaddaşını silib. Belə hüceyrələr infeksion agentlərin görünüşünə gecikmə ilə reaksiya verib.
21 gündən sonra T hüceyrələri çəkisizliyə uyğunlaşaraq öz funksiyalarını bərpa edub. Lakin testlərin bitməsindən 7 gün sonra aparılan analizlər lenfositlərdə dəyişikliklərin izlərini tapıb.
Alimlər xəbərdarlıq ediblər ki, kosmosda ağ qan hüceyrələrinin funksiyalarının zəifləməsi immun çatışmazlığına və orqanizmdə gizli virusların aktivləşməsinə səbəb ola bilər.
Samir