Duzun həddindən artıq istifadəsi ürək xəstəlikləri riskini 20 faiz artırır.
Hit.az-ın məlumatına görə, bu İngiltərədə aparılan elmi araşdırma nəticəsində məlum olub.
Tədqiqatda 40-70 yaş arası 500 min insanın məlumatları təhlil edilib. Bildirilib ki, tədqiqatda iştirak edənlər əvvəllər ürək xəstəliyi olmayan şəxslər arasından seçilib.
Tədqiqat nəticəsində duz istehlakı ilə ürək xəstəlikləri arasında əlaqə müəyyən edilib.
Mütəxəssislər duzun istehlakının azaldılmasının ürək xəstəlikləri riskini 12 faiz azaldacağını bildiriblər.
Aynur Əli