Ermənistanın təxribatına cavab olaraq 4 erməni əsgər məhv edilib - YENİLƏNİB

MARAQLI
16:33 / 01.09.2023
518

Ermənistan törətdiyi təxribat zamanı dörd hərbçisini itirib.

HİT.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan ordusu Ermənistanın 4 hərbçisini məhv edib, biri yaralanıb.

11.09

Ermənistanın təxribatına cavab olaraq görülən tədbirlər nəticəsində iki erməni əsgər məhv edilib, biri yaralanıb.

HİT.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” nəşri məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyi vəziyyət barədə bir azdan açıqlama yayacağını bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda isə bildirilir ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.

"Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür", MN-dən bildirilib.

0