Astrofiziklər Kuiper qurşağında gizli planetin mövcudluğuna dair sübutlar tapdı

MARAQLI
23:33 / 01.09.2023
515

Kindai Universiteti və Yaponiya Milli Astronomiya Rəsədxanasının yapon astrofizikləri Günəş sisteminin kənarında, Kuiper qurşağında yerləşmiş Yerə bənzər planetin mümkün dəlillərini aşkar ediblər. 

HİT.az xəbər verir ki, araşdırma "The Astronomical Journal" elmi jurnalında dərc olunub.

Kuiper qurşağı Neptunun orbitindən kənarda yerləşir və çoxlu sayda asteroidlərdən və digər göy cisimlərindən, o cümlədən cırtdan planetlər Pluton, Haumea, Makemake və Erisdən ibarətdir.

Tədqiqatçılar müəyyən ediblər ki, bəzi Kuiper qurşağı obyektləri sanki Yerlə müqayisə oluna bilən planetin cazibə sahəsinin təsiri altındadırlar.

Modelləşdirmə göstərib ki, belə bir planet mövcud olarsa, onun kütləsi Yerinkindən 1,5-3 dəfə çox olacaq və Günəşdən 37,5-75 milyard kilometr məsafədə yerləşəcək. 

Samir

 

0