İnsanın yaşaması üçün uyğun olmayan şəraitə malik Venerada hıyat ola bilər.
HİT.az xəbər verir ki, bu yeni nəzəriyyə ABŞ-dakı Qoddard Kosmik Uçuş Mərkəzinin tədqiqatçı alimi Mişel Tallerə aiddir.
Taller karbon qazı ilə dolu atmosferdə artıq "həyatın mümkün izlərinin" müşahidə edildiyini bildirərək, yaşamın haradasa mövcud olduğunu bildirib: "Biz Veneranın atmosferində həyatın mümkün izlərini gördük".
Planetimizə bənzəyən ölçüləri və quruluşu ilə Venera həmişə "Yerin əkizi" olaraq xarakterizə edilir. Amma iki planetin şərtləri çox fərqlidir və astronomlar Venerada insanların yaşamasının mümkün olmadığını düşünürlər.
Günəşdən 107 milyon kilometr məsafədə yerləşən Venera Günəş sisteminin ən isti planetidir. O qədər istidir ki, səthin temperaturu qurğuşunu əritmək üçün kifayət qədər yüksəkdir. Kükürd turşusu və karbon dioksiddən ibarət olan atmosferi var. Bu atmosfer həm də planetin istiliyinin kosmosa çıxmasının qarşısını alan istixana effekti yaradır.
Buna baxmayaraq, elm adamları uzun müddətdir ki, Veneranın buludlarında kükürd, metan və dəmirlə yaşaya bilən mikrob həyat formalarına sahib olub-olmadığını müzakirə edirlər. Bir çoxları planetin səthində fotosintezin mümkün olduğunu düşünür, çünki Venera qalın buludlarından keçmək üçün çox günəş enerjisi alır.
Lakin London Akademiyasının astrobioloqu, professor Dominik Papineau Mişel Tallerin idddiası ilə bağlı “real fərziyyə" formalaşdırmağın çətin olduğuunu deyib.
DailyMail-ə danışan Papineau "Maye su kimyəvi reaksiyaların baş verməsi üçün bir zərurətdir. Deməli, yer üzündən kənar canlıları tapmaq üçün maye su tapmalıyıq. Və dünyadan kənar canlıların fosillərini tapmaq üçün keçmişdə maye su ilə təmasda olan çöküntü süxurlarına baxmalıyıq. Bu, Venerada həyat üçün fərziyyə formalaşdırmağı çətinləşdirir, çünki onun səthi çox istidir. Ancaq Veneranın keçmişində su ola bilər”, deyib.
Samir