Güclü spirtin müntəzəm istifadəsi insanın daxili orqanlarına və sistemlərinə mənfi təsir göstərir. Lakin spirtin anidən rədd edilməsi də mənfi təsir göstərə bilər.
HİT.az xəbər verir ki, bunu həkim, cərrah Aleksander Umnov “Rossiyskaya qazeta”ya deyib.
Həkimin sözlərinə görə, spirt mədəaltı vəzi üçün ən təhlükəlidir, o, pankreas nekroza səbəb ola bilər. Digər təhlükə qaraciyərin yağlı degenerasiyası ola bilər. "Nəticədə "bədən toksinləri məhv edə bilmir", deyə Umnov bildirib.
Həkim qeyd edib ki, araq ürək toxumalarının distrofiyasına gətirib çıxarır, xəstələrdə qan təzyiqi yüksəlir.
"Arağın qadın orqanizminin sağlamlığına çox ciddi təsiri var", deyə həkim izah edib. Umnov bildirib ki, qadın orqanizmində etil spirtini emal etmək üçün daha az ferment var.
Umnov qeyd edib ki, bir insan araq içməyi qəfil dayandırmaq istədiyi zaman bir sıra mənfi hallar, o cümlədən şiddətli baş ağrısı, stress və depressiya müşahidə edilə bilər. Ürəkbulanma, əl titrəməsi, iştahsızlıq və yuxusuzluğun görünməsi də mümkündür.
Samir