Siqaret psixoloji sağlamlığı pozur və psixi pozuntuya səbəb olur.
Hit.az-ın məlumatına görə, bu barədə Danimarka alimləri araşdırma aparıb. Belə ki, Orhus Universitetinin alimləri Böyük Britaniyada yerləşən "Biobank" bioloji məlumat bankında 350 min insanın genetik məlumatlarını təhlil edib.
Məlumatlarından istifadə edilən insanların 90 faizinin 20 yaşından əvvəl siqaret çəkməyə başladığı qeyd edilib. Siqaret çəkənlərin 30 yaşdan sonra psixi pozğunluqlar səbəbiylə xəstəxanada müalicə olunduğu bildirilib.
Araşdırmada aktiv siqaret çəkənlərdə psixoloji sağlamlığın pisləşmə riskinin 25 faiz artdığı qeyd edilib.
Aynur Əli